Sabah bu rayonda  qaz olmayacaq
07 iyul 2022 13:21 (UTC +04:00)

Sabah bu rayonda qaz olmayacaq

Abşeron rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyulun 8-də saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

# 2037
avatar

Aytəkin Cəlali

Oxşar yazılar