Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.