Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 19°-dək isti, Bakıda gecə 14-16° isti, gündüz 19°-dək isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.