Sabah saat 11:00-dan 15:00-dək 7B, 79,165, 205 və 211 saylı müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliklər S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə bağlıdır.
Dəyişikliyə əsasən sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi – C.Səlimov küçəsi – Ə.Salamzadə küçəsi – Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.