Sabah  10 dərəcə şaxta   olacaq - HAVA PROQNOZU
23 yanvar 2023 12:17 (UTC +04:00)

Sabah 10 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Yanvarın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Avtomobil yollarında vəziyyət

Yanvarın 24-də ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.

# 3498
avatar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10