Rusiyanın Kamçatka vilayətində yayın əvvəlində miqrantların taksilərdə işə götürülməsinə qadağa qoyulacaq.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə vilayətin rəhbəri Vladimir Solodov Telegram-kanalında məlumat verib.
“Xarici vətəndaşların taksidə işləməsini qadağan etmək qərarına gəldim” deyə o bildirib. Qubernatorun sözlərinə görə, fərman bu il yazın sonunda qüvvəyə minəcək və Kamçatkada patentlə işləyən əcnəbilərə şamil ediləcək.
Solodovun sözlərinə görə, atılan addımlar taksi sənayesində təhlükəsizliyin artırılmasına yönəlib. Vilayət rəhbəri qeyd edib ki, Kamçatkada taksilərdə işləyən qeyri-qanuni miqrantlar tez-tez cinayət törədirlər.