Restoranın fəaliyyəti MƏHDUDLAŞDIRILDI  - RƏSMİ
10 aprel 2021 13:10 (UTC +04:00)

Restoranın fəaliyyəti MƏHDUDLAŞDIRILDI - RƏSMİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Lent.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Valeh Məhəmməd oğluna məxsus “Göl” restoranında yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar