Repetitor 28 şagirdlə karantin qaydalarını pozdu -  FOTO
08 sentyabr 2021 12:33 (UTC +04:00)

Repetitor 28 şagirdlə karantin qaydalarını pozdu - FOTO

Sumqayıtda repetitor fəaliyyəti ilə məşğul olan şəhər sakini Raqif Mərdanovun karantin qaydalarını pozması halı aşkar edilib.

Lent.az bildirir ki, Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, həmin şəxsin şəhərin 1-ci mikrorayonunda 1 otaqlı mənzil kirayə götürərək repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Mənzilə keçirilən baxış zamanı R. Mərdanovun 28 nəfər şagirdlə bir otaqda dərs keçməsi məlum olub.

Polis əməkdaşları R. Mərdanovun törətdiyi qanunazidd hərəkətin qarşısını alıb, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmaq, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirmək barədə xəbərdarlıq edilib.

R. Mərdanov barədə Sumqayıt şəhər Polis İdarəsində qanunamüvafiq tədbir görülüb.

# 1947
avatar

Oxşar yazılar