Bu gün Ramazan ayının iyirmi dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 04:53-də, ifrat vaxtı saat 19:22-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi dördüncü gününün iftar duasını təqdim edir:
"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"