Qrip əleyhinə yeni peyvəndi kimlər vurdura bilməz? - CAVAB
17 oktyabr 2022 17:30 (UTC +04:00)

Qrip əleyhinə yeni peyvəndi kimlər vurdura bilməz? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu qrip əleyhinə peyvəndlərlə bağlıdır. 

“Bəd xassəli şişləri, ağır kəllə-beyin travmaları və ankoloji xəstəlikləri olan insanlara peyvəndlərin vurulması ilə bağlı qəti əks-göstəriş var”. 

Bunu Lent.az-a açıqlamasında ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, həkim-pediatr Sara Mansurova deyib. 

Bəs, qrip əleyhinə peyvəndi nə vaxt, kimlər vurdura bilər?

Bunu da Sara xanım cavablandırıb. O qeyd edib ki, yumurtaya allergiyası olanlara ümumiyyətlə peyvənd vurdurmaq olmaz:

“Qəti-əks göstəriş kimi, nisbi əks-göstəriş var. Bu tam şəkildə sağalan xəstəliklərə aiddir. Həmin xəstəliklər sağalandan bir müddət sonra peyvənd vurmaq olar. Məsələn, hazırda qrip xəstəsi olan, boğazı ağrıyan, burnu axan kəskin respirator xəstələr peyvənd vurdura bilməzlər. Ancaq sağalandan 1 ay sonra gedib qrip əleyhinə peyvənd olunmaq olar. Bir də yumurtaya qarşı allergiyası olanlara peyvənd vurmaq qətiyyən olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Aytəkin Cəlali

Oxşar yazılar