Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət
19 may 2025 11:45 (UTC +04:00)

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına müraciət edib

Bu barədə Lent.az-a DİM-dən məlumat verilib.


İmtahanların məqsədi: şəffaflıq və ədalətli qiymətləndirmə

"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.


Qeyri-qanuni üsullarla bağlı xəbərdarlıq

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.


Qəbul imtahanlarının birinci mərhələsi başlayır

Məlum olduğu kimi, qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi keçiriləcək. Mayın 25-də II və III ixtisas qrupu üzrə imtahan verənlər artıq DİM-in saytına daxil olaraq buraxılış vərəqələrini çap edirlər. Abitiriyentlər həmçinin imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.


“Yaddaş kitabçası” – imtahanın bələdçisi

Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur. Orada aydın şəkildə tələb olunan sənədlər, imtahan binasında olma vaxtı, qadağan olunan hallar və s. göstərilir.


Qayda pozanlara ciddi tədbirlər görüləcək

Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər. Yəni, qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər.


Valideynlərə çağırış

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar.


Bütün hallar araşdırılır və hüquqi tədbirlər görülür

Hörmətli istifadəçilər! İstər imtahan ərəfəsində, istər imtahan müddətində və ya imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.


Qaydalara əməl etmək imtahanın uğurlu keçməsinin əsas şərtidir

Abitiryentlərə imtahanla bağlı davranış qaydalarını özündə əks etdirən “Yaddaş kitabçası” ilə mütləq tanış olmaları tövsiyə olunur. Yaddaş kitabçasında imtahanın məzmunu, iştirakçılar üçün tövsiyələr və tələb olunan qaydalar ətraflı şəkildə izah olunur.


Son çağırış: qaydalara ciddi yanaşın

Bir daha iştirakçıları imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar"- müraciətdə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar

 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

19 may 2025 , 10:45
Sürücülük vəsiqəsi olanlar yenidən imtahan  verə bilərlər

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

19 may 2025 , 10:42
Mayın ikinci yarısında şanslı olacaq  BÜRCLƏR

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR

19 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 may 2025 , 08:15
Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

18 may 2025 , 18:32
May bu BÜRCLƏR üçün  şans ayı   olacaq

May bu BÜRCLƏR üçün şans ayı olacaq

18 may 2025 , 18:17