Bayram günlərində metronun iş qrafiki dəyişir.
Lent.az xəbər verir ki, Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir.
20-21, 25-28 və 30 mart tarixlərində intervallar: "28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə
22-24 və 29 mart tarixlərində: Eyni istiqamətdə 3 dəqiqəyədək
Digər sahələr üzrə (20-31 mart):
"Həzi Aslanov-Əhmədli": 7 dəqiqə
"Avtovağzal-8 Noyabr": 7 dəqiqə
"Avtovağzal-Xocəsən": 14 dəqiqə təşkil edəcək.
Sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək.
Bayramınız mübarək!