Qarabağda kazinolar açılsın - Deputatdan  TƏKLİF
20 dekabr 2021 13:07 (UTC +04:00)

Qarabağda kazinolar açılsın - Deputatdan TƏKLİF

“Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin”.

Lent.az-ın APA-ya məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: “İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Oxşar yazılar