Qara çörəyin insan üçün təhlükəsi açıqlandı
06 dekabr 2020 09:55 (UTC +04:00)

Qara çörəyin insan üçün təhlükəsi açıqlandı

Qara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.

Bununla belə, dietoloq Maykl Mosli bu məhsulu seçərkən ehtiyatla davranmağın lazım olduğunu bildirib.

Lent.az-ın “Express” nəşrinə istinadən verdiyi məlumata görə, ekspert qeyd edib ki, bu çörəyin bəzi növləri qanda şəkərin artmasına səbəb olur.

Mütəxəssisin iddiasına görə, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.

Onun fikrincə, diabetdən əziyyət çəkən insanlara çörəkdən qida kimi istifadə etməmək daha faydalıdır. Ekspert bunun əvəzinə buğdadan - bulqurdan, çovdardan, arpadan, qarabaşaqdan, həmçinin paxladan istifadəni tövsiyə edir.

Bu qidalar şəkərdəki kəskin enib-qalxmaya maneə törədən kompleks karbohidratlar və bağırsağın mikroflorasını dəstəkləyən liflərdən ibarətdir. Şirniyyat, tort, meyvə şirəsi və qazlı içki istehlakını minimuma endirmək olduqca vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2195
avatar

Oxşar yazılar