ABŞ-da pis hava şəraiti davam edir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qar fırtınası ikisi uşaq olmaqla beş nəfərin həyatına son qoyub.
Tennessi və Corciya ştatlarında ağacların aşması səbəbindən 7 yaşlı qız və 5 yaşlı oğlan ölüb. Merilend ştatında baş verən avtomobil qəzasında daha 3 nəfər ölüb.
Güclü qar yağması və külək Vaşinqtonda, eləcə də qonşu Merilend və Virciniya ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Yarım milyona yaxın evin elektrik enerjisi kəsilib.
Əlverişsiz hava şəraitinə görə, prezident Co Bayden yarım saat ərzində təyyarədən çıxmağa çalışıb.