ABŞ-ın Missuri ştatında bir qadın avtomobilinin yaxınlığında ildırım vurduqdan sonra lotereya bileti alıb, alınan bilet onun üçün uduşlu olub.
Lent.az xarci mətbuata istinadən bildirir ki, Missuri lotereyasının nümayəndələrinin dediyinə görə, bir amerikalı avtomobilində hərəkət edirdi, onun yanına ildırım düşüb, qadın risk etməmək qərarına gəlib və havanın yaxşılaşmasını gözləmək üçün maşını saxlayıb.
“Eyni anda yanıma iki ildırım düşdü. Dərhal hiss etdim ki, bu tufana hərəkət etmək istəmirəm", - qadın söyləyib.
Pis hava şəraitinin düzəlməsini mağazanın təhlükəsizlik ərazisində gözləmək qərarına gələrək, iyulun 1-də baş tutan Powerball tirajına bilet almağa qərar verib. Ertəsi gün səhər o, bilib ki, onun bileti inanılmaz bir mükafat qazanıb - 50 min dollar.
Qadın pulu nəvələrinə xərcləməyi planlaşdırır.