Leninqraddakı ev kitablarından birində Rusiya prezidenti Vladimir Putinin ailəsinin tərcümeyi-halından bir iz tapılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, diqqət Rusiya prezidentinin böyük qardaşına yönəldilib, rəsmi məlumatların axtarışı tarixçilər arasında sual doğurub, “Peterburq. Evlər və insanlar” layihəsinin yaradıcısı Valeri Qriqorçuk söyləyib.
“Görünür, Putin ailəsinin şəcərəsi və tərcümeyi-halı ətraflı öyrənilib. Amma mən heç yerdə prezidentin böyük qardaşının adının çəkildiyi sənəd görməmişəm”, - o, vurğulayıb.
Müvafiq təsdiqlər Sankt-Peterburqun Mərkəzi Dövlət Arxivində saxlanılır. Ev kitabının səhifələrinin birində Putinin ailə üzvləri də qeyd olunub. Kitabda tapıntı heç bir yerdə yayımlanmayıb və "Fontanka" nın oxucuları onu ilk görənlərdir.
Oleq Vladimiroviç Putin, 1937-ci il təvəllüdlü - orada yazılıb. "Bu, Oleq öldü deməkdir", - Qriqorçuk əlavə edib.
O, qeyd edib ki, müharibədən əvvəl Putinin valideynləri Vladimir Spiridonoviç və Mariya İvanovnanın bir oğlu olması haqda xatırlamalara ast gəlinib, lakin o, körpəlikdə dünyasını dəyişib. Bəzi mənbələrdə onu Albert, digərlərində Oleq adlandırırlar. Rusiya prezidentinin qardaşının doğum ili və onun haqqında rəsmi məlumat əvvəllər tapılmayıb.