Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Nəriman Nərimanov rayonunda yerləşən Nərimanov parkının əsaslı təmirdən sonra açılışı baş tutub.
Nərimanov rayonunun mərkəzi park bu ilin fevralında əsaslı təmir üçün hasarlanıb, giriş-çıxışı tamam bağlanmışdı.
Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.
Lent.az-ın əməkdaşı qoca, cavan və uşaqların sevimli əyləncə və istirahət məkanı olan Nərimannov parkını təmirdən sonrakı vəziyyətini görmək üçün baş çəkib.
Parkda əvvəlki attraksionların yerində uşaq üçün yelləncək, sürüşkən, tərəzi oyunu və şahmat stolları qurulub.
Açılışın bu gün gündüz saatlarında baş tutmasına baxmayaraq, saysız-hesabsız insan axını var idi.
Uşaqlar bir-biriləri ilə tanış olur, oyun oynamağa başlayırlar. Böyüklər isə yaşıl ağacların altında sərinləyir və uşaqlara nəzarət edirlər.
Foto: Rüfət Mustafayev