Daxili İşlər Nazirliyi kibertəhlükəsizliklə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri “Profilimə kim baxdı”, “gizli hesabları görmə” və s. kimi vədlər verən proqramlardan istifadə etməməlidir. Həmçinin naməlum linklərə daxil olmaq da tövsiyə edilmir.
Bundan əlavə, DİN-dən bildirilir ki, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin.
Çünki bütün bunlar sosial şəbəkə profillərinizin oğurlanması nəticələnə bilər.