Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası sakinlərinə müraciət edib.
Qurumdan Lent.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər".