Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO  - YENİLƏNİB
16 aprel 2025 18:20 (UTC +04:00)

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO - YENİLƏNİB

Ölkə ərazisində davam edən leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət aparılır.

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunaraq davam etdirilir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə tədbirlər görülür.

Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edirik.

***

saat 11:23

Daxili İşlər Nazirliyinin əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.
 
Lent.az nazirliyə istinadən bildirir ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
 
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. 
 
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
 
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
 
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
 
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar