Peyvənlənmişlər də daşıyıcı ola bilərlər.
Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Corc Meyson Universitetinin sistemli biologiya kafedrasının professoru Ança Baranova deyib.
Professor bildirib ki, COVİD – 19 əlehinə keçirilən müxtəlif peyvəndlər nəticəsində yalnız orqanizmin virusla mübarizəsinə təkan verilir: “Onu tamamilə məhv etmir. Odur ki, peyvənd olunmuş şəxsin qıtlağında olan virus onun özünü xəstələndirməz, amma o adam simptomsuz virusun daşıyıcısı və yayanı ola bilər.”
Ona görə də professorun fikrincə, vaksin olunmuş şəxs və ətrafındakılar uzun müddət maskanı çıxarmamalıdır.