Passiv siqaret çəkməkdən ildə   bir milyondan çox   insan ölür -  RƏSMİ
31 iyul 2023 18:28 (UTC +04:00)

Passiv siqaret çəkməkdən ildə   bir milyondan çox insan ölür - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1,3 milyon insan siqaret tüstüsünün passiv inhalyasiyası nəticəsində ölür. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ÜST-nin saytında dərc olunmuş hesabatda deyilir.

Müəlliflər yazır: "Hər il təxminən 1,3 milyon insan siqaret tüstüsünün təsirindən ölür".

Qeyd olunur ki, bu ölümlərin qarşısını almaq olar.

Aydınlaşdırılır ki, siqaret tüstüsünün passiv inhalyasiyası ürək-damar, tənəffüs, onkoloji xəstəliklər, insult və 2-ci tip şəkərli diabetdən ölüm riski yaradır.

Təşkilat vurğulayıb ki, bütün dünya ölkələrinin “ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanı var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar