Ölən qızın şəklini o cür yaymaq TƏXRİBATDIR  – Mehriban Zeynalova klubdakı faciədən DANIŞDI...
07 aprel 2022 19:00 (UTC +04:00)

Ölən qızın şəklini o cür yaymaq TƏXRİBATDIR – Mehriban Zeynalova klubdakı faciədən DANIŞDI...

“O demək deyil ki, hadisə zamanı barda olan qadınların hamısı əxlaqsızlıqla məşğuldur. Dincəlmək hər kəsin hüququdur. Sosial şəbəkələrdə oradakı xanımlara qarşı təhqirlər etmək acizlikdir”.

Bu sözləri Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdə partlayışda həyatını itirmiş qız barədə yazılan təhqirlərə münasibət bildirərkən deyib.

Həmsöhbətimiz məsələ ilə bağlı bildirir ki, partlayış zamanı həmin barda evli kişilər də olub:

“Mən baş vermiş hadisəni faciə adlandırıram. Nə müzakirə, nə də kimisə ittiham etmirəm. Birinci çox pis haldır ki, əylənmək istəyən insanlara möhür vurulur və şəxslər ittiham olunur. İstənilən gənc əylənib, vaxt keçirmək istəyir. Bu normaldır. 

Mütləq şəkildə deyil ki, kimsə ora gedib əxlaqsızlıqla məşğuldur. Belə subliminal mesajlar, həmin o qızın şəkilini o formadan vermək məhz qadına yönəlmiş təxribatdır. Orada evli kişilər də dincəlirdi. Heç kim onları ittiham etmir ki, evli ola-ola barda nə gəzirsən? Dincəlmək haqqıdır. 

Hadisədən sonra subliminal mesajlar verməklə qadına qarşı münasibəti daha da pisləşdirirlər. Və qız uşaqlarının həyatını idarə etməyi daha da möhkəmləndirirlər. Kim nə edirsə, öz gələcəyinə görə cavab verir. İndiki halda hesab edirəm ki, bu böyük faciədir. Öləndən sonra kimisə ittiham etmək və yaxud onu qaralamaq acizlikdir. Bunun yeganə məqsədi qadına qarşı münasibəti pisləməkdir”. 

Tanınmış jurnalist İlhamiyyə Rza isə düşünür ki, sosial şəbəkə şantaj silahına çevrilib:

“Belə hadisələrin qarşısını almaq mümkün deyil. Artıq cəmiyyət buna alışmalıdır. Sosial şəbəkə şantaj silahına çevrilib. Onu zərərsizləşdirməyin bir yolu var - önəmsəməmək. Belə müzakirələrin 90 %-i şəxsi qərəzdən qaynaqlanan yalan, böhtan, uydurmadan ibarətdir.

Həyatda olsaydılar belə buna cavab vermək olmaz. Çünki ciddiyə almadığın, yalan olduğunu bildiyin bir iftiranı cavablandırmaq, onu ciddiyə almaqdır”. 

Qeyd edək ki, məlum hadisədən sonra sosial şəbəkələrdə bu mövzu “trendə” çevrilib. İstifadəçilərin əksəriyyəti “yaxşı qız bara getməz” ifadələri ilə çıxış edib.

Partlayış zamanı gecə klubunda olan xanımları təhqir edənlərdən biri də tanınmış müğənni Nadir Qafarzadədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6000
avatar

Fidan İlqar

Oxşar yazılar