İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Lent.az xəbər verir ki, baş nazir Əli əsədov bununla bağlı qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istrahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, noyabrın 6-sı bazar günü, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Beləliklə, ardıcıl 4 gün - noyabrın 6, 7, 8 və 9-u qeyri-iş günü olacaq.