"Nikahdan əvvəl narkoloji müayinə də keçirilsin" - Deputatdan TƏKLİF
10 aprel 2026 13:10 (UTC +04:00)

"Nikahdan əvvəl narkoloji müayinə də keçirilsin" - Deputatdan TƏKLİF

0

"Nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı".

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Göydəniz Qəhrəmanov deyib.

"Təəssüf ki, bəzi hallarda şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayı azala bilər", - deyə deputat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar