MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama yaydı -YENİLƏNİB
15 avqust 2021 12:57 (UTC +04:00)

MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama yaydı -YENİLƏNİB

 

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

11:06

Komada olan qazi 8 aydan sonra vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, gizir Mirzə Balaqardaş oğlu Əhmədov yaralandıqdan sonra komaya düşüb və 8 aydan sonra vəfat edib.

O, doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10446
avatar

Oxşar yazılar