Məşhur uşaq pudrası xərçəng yaradır? - RƏSMİ CAVAB
22 oktyabr 2025 18:01 (UTC +04:00)

Məşhur uşaq pudrası xərçəng yaradır? - RƏSMİ CAVAB

0

Bəzi xarici ölkələrdə “Johnson & Johnson” uşaq pudrasının tərkibində kanserogen maddə (xərçəng yaradan) tapılması ilə bağlı xəbərlər yayılıb, şirkətdən külli miqdarda təzminat tələb olunub. Bu pudra Azərbaycanda da analar ən çox yeni doğulmuş körpələri üçün istifadə edirlər.

Bəs görəsən, bu iddialarla bağlı Azərbaycana gətirilən uşaq purdralarında da araşdırma aparılıbmı?

Respublika Sanitariya-Karantin Mərkəzidən Lent.az-ın sorğusuna bildirilib ki, son dövrlərdə sözügedən məhsul üzərində aparılan laborator müayinələr nəticəsində insan həyat və sağlamlığı üçün təhlüklə yaradan hər hansı amil aşkar edilməyib:

“Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-də sanitariya nəzarətinə aid idxal olunan uşaq məhsullarının təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya nümunələr təqdim olunur. Nümunələrdə standart normativlərə əsasən laborator analizlər aparılır. Məhsulların gigiyenik göstəricilərinə görə ağır metalların toksiklik dərəcəsi, mikrobioloji və fiziki-kimyəvi parametrlər üzr müayinələr həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar