Məktəblərdə psixoloji mühit, psixoloji vəziyyət problemlidir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O, bəzən problemlərin aradan qaldırılmasında çətinlik çəkildiyini diqqətə çatdırıb: "Ona görə də 3000-dən çox şagird sayı olan məktəblərdə hətta 3 psixoloq olması qərara gəlindi. Bu istiqamətdə xeyli tədbirlər və maarifləndirici işlər görürük. Amma yenə də mənfi effektlərin şahidi oluruq. Hətta elə olur ki, biz bəzən hansısa problemi aradan qaldırmaqda çətinlik çəkirik. O səbəbdən digər aidiyyəti qurumlar da bu mövzuda dəstəyini əsirgəməməlidir".