Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O, vətəndaşları səbrli olmağa çağırıb.
"Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən artıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram" - deyə nazir bildirib.