Martın 30-dək hava belə olacaq
27 mart 2022 11:53 (UTC +04:00)

Martın 30-dək hava belə olacaq

Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, martın 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraiti davam edəcək.

Cənub-qərb, qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 15-20, bəzi yerlərdə 23-28 metr olacağı, martın 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir saniyədə 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2874
avatar

Oxşar yazılar