"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
09 iyul 2025 14:40 (UTC +04:00)

"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?

Bakıda tanınmış restoranda sifariş olunan qamburger müştərini şoka salıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdən birində paylaşılıb.

Müştəri bildirir ki, o, ötən gün "Mado" restoranında övladı üçün qamburger sifariş edib. Çörəyin içərisindən üzəri dəri ilə örtülmüş qığırdaq çıxıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

“Qeyd olunan problem Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-Qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar