Liv Bona Dea Hospitalda qazi ailəsinə həyat bəxş edilib
17 fevral 2026 21:34 (UTC +04:00)

Liv Bona Dea Hospitalda qazi ailəsinə həyat bəxş edilib

0

İkinci Qarabağ müharibəsi qazisi Həsən Mehdiyevin ailəsində həm sınaq, həm də böyük sevinc dolu günlər yaşanıb.

Lent.az xəbər verir ki, qazimizin üçüncü övladı Bakı şəhərində yerləşən "Liv Bona Dea Hospital"da dünyaya gəlib.

Belə ki, doğuşdan dərhal sonra körpə riskli vəziyyətlə qarşılaşıb və həyatının ilk günlərində ciddi sağlıq savaşı aparıb. Körpə bir həftə ərzində hospitalın reanimasiyasında, yüksəkixtisaslı həkimlərin daimi nəzarəti altında saxlanılıb və intensiv terapiya tədbirləri həyata keçirilib.

Peşəkar tibbi müdaxilə, fasiləsiz nəzarət və həkimlərin fədakar səyi nəticəsində körpənin vəziyyəti stabilləşib və təhlükəli mərhələ uğurla geridə qoyulub.

Hazırda həm ana, həm də körpənin səhhəti yaxşıdır və onlar sağlam şəkildə evə yola salınıblar. 

Hospital rəhbərliyi mövzu ilə bağlı bildirib:
“Qazilərimiz borclarını Vətən uğrunda döyüşərək ödəyiblər. Bizim borcumuz isə onların və ailələrinin yanında olmaq, ən çətin anlarında dayaq durmaqdır.”

Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə qazanılmış tarixi Qələbənin davamı olaraq bu körpəmizin həyata tutunması yalnız bir ailənin sevinci deyil, eyni zamanda azad və qalib Azərbaycanın gələcəyinə olan inamın, mübariz ruhun və həyat eşqinin rəmzidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar