“Leş Tofiq” tutulurdu, amma 3 gündən sonra azadlığa çıxırdı” - ÇİNGİZ QƏNİZADƏ
27 fevral 2026 10:25 (UTC +04:00)

“Leş Tofiq” tutulurdu, amma 3 gündən sonra azadlığa çıxırdı” - ÇİNGİZ QƏNİZADƏ

0

"Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü heyvan əti satırdı, tutulurdu, amma 3 gündən sonra azadlığa çıxırdı".

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə bildirib ki, bu sahədə Ombudsmanla əməkdaşlıq yenidən qurmalıyıq:

“Bu olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır. Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Beləliklə, minlərlə soydaşımız keyfiyyətsiz məhsul alır. Çox ciddi faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur? Heç kəs cəzalandırılmır”. 

Çingiz Qənizadə efirlərin əxlaqsızlardan təmizlənməli olduğunu da vurğulayıb:

"Əxlaqsız kişi və qadınları sosial şəbəkələrdən və telekanallardan yığışdırmaq üçün səsimizi ucadan çıxaraq, çox zəif səs çıxır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar