Koronavirusdan ölənlərin sayı azaldı -  SON STATİSTİKA
14 yanvar 2022 18:37 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı azaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8497 nəfər vəfat edib, aktiv xəstə sayı 7826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.

# 1743
avatar

Oxşar yazılar