Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 609397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan .585284 nəfər müalicə olunaraq sağalıb, 8182 nəfər vəfat edib, aktiv xəstə sayı 15931 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10495, ötən müddət ərzində isə ümumilikdə 5739928 test aparılıb.