Koronavirusa yoluxma ilə bağlı  SON STATİSTİKA
20 oktyabr 2022 16:35 (UTC +04:00)

Koronavirusa yoluxma ilə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 384 nəfərdir.

Ölkədə son sutka ərzində 2 984, hazırkı dövrədək isə 7 299 324 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar