Koronavirusa yoluxma ilə bağlı  SON STATİSTİKA
24 may 2022 18:35 (UTC +04:00)

Koronavirusa yoluxma ilə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 793, hazırkı dövrədək isə 6 877 141 test aparılıb.

# 1863
avatar

Oxşar yazılar