Azərbaycanda daha 23 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 827 903 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.
Ölkədə son sutka ərzində 1 418, hazırkı dövrədək isə 7 484 660 test aparılıb.