Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA  -VİDEO
02 iyul 2025 14:04 (UTC +04:00)

Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA -VİDEO

Sosial şəbəkələrdə “Koroğlu” metrostasiyası yaxınlığında yerləşən “Koroğlu körpüsü”nün aralandığını, yəni çatların əks olunduğu videogörüntülər yayılaraq insanlar arasnda təşvişə səbəb olub. 

Sakinlərdən bəziləri bildirir ki, körpü illərdir o vəziyyətdədir, bəziləri deyir ki, bu aralanmış hissə çatdır, tezliklə yıxılacaq, bədbəxt hadisəyə səbəb olacaq və s.  Hər bir halda suallar çoxdur, cavablar isə dəqiq deyil. 

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.

Agentlikdən Lent.az-a bildirildi ki, videoda görünənlər çat deyil. Həmin körpüdə çat yoxdur:

“Həmin hissə aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir ( tempratur şovu). Yəni normaldır, belə də olmalıdır”,-deyə qeyd edildi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3130

Oxşar yazılar