Yayın ən aktual mövzularından biri də kondisionerlərdir. İsti havaları bu əşyasız düşünmək mümkün deyil. Demək olar ki, hər evdə, ofisdə və avtomobillərdə kondisioner mövcuddur. Amma kondisionerlər şüursuz, doğru şəkildə istifadə edilmədikdə bir çox xəstəliklərə səbəb ola bilər.
Lent.az mütəxəssislərə istinadən kondisionerdən yanlış istifadə nəticəsində yaranan xəstəlikləri təqdim edir:
Xroniki ağciyər xəstəliyi
İmmunitet sistemini zəiflədən müxtəlif xəstəliklər
Sətəlcəm
Sinüzit
Bronxit
Göz iltihabı
Ensefalit
Kondisionerdən çıxan soyuq havanın birbaşa insana təsir etdiyini bilirik. Həkimlər insanların tərli vaxtlarda kondisionerli mühitdə olmamağı məsləhət görür. Çünki bu zaman o bədən istiliyini birdən aşağı salaraq əzələ ağrılarına səbəb olur.
Aparılan araşdırmalara görə, kondisionerlər bədəni müəyyən bir temperaturda saxlaması və bədənin öz istilik tarazlığını qurmasına mane olması piylənməyə gətirib çıxara bilər.
Kondisionerlərə müəyyən aralıqlarla qulluq edilməlidir. Çünki kondisionerin yaratdığı narahatlığın qarşısını almaq üçün ətrafdakı havanın birdən-birə deyil, tədricən soyudulması lazımdır.
Müəyyən vaxt intervallarında ətraf mühiti sərinlətmək üçün kondisionerlərdən istifadə edilməlidir. Çöldə havanın temperaturu 40 dərəcədirsə, kondisionerin işlədiləcəyi mühitdə temperaturun fasilələrlə 5 dərəcə aşağı salınması faydalıdır. Ani isti və soyuq hava dəyişikliyindən orqanizm özünü qoruya bilmədiyi üçün bu, xəstələnməyi asanlaşdırır.
Qışdan sonra bu elektron əşyaları qoşarkən də diqqətli olmaq lazımdır. Uzun müddətdir istifadə olunmayan kondisionerlərdə mikroblar yığılmış olur. Bunu mütləq nəzərə almaq lazımdır.
Kondisionerin tutumunu necə müəyyən etmək olar?
İstifadə edəcəyimiz kondisionerin isitmə və soyutma qabiliyyəti binanın quruluşu, daxili və çöl şəraiti kimi bir çox parametrlərdən asılıdır və peşəkarlar tərəfindən hesablanmalıdır.
Kondisioner alarkən nələrə diqqət edilməlidir?
Əvvəlcə onu qeyd edək ki, kondisionerin satışını həyata keçirən şirkət istehlakçı məmnuniyyətini prinsip kimi qəbul edən, istehlakçılarını məlumatlandıran, aşkarlama və quraşdırma xidmətini tam yerinə yetirə bilən şirkətdir. Bundan əlavə, güclü xidmət şəbəkəsi və ən azı 10 il ehtiyat hissələrinə zəmanət verən şirkətə üstünlük verilməlidir.
Kondisionerlərin performansı nədən asılıdır?
Kondisionerlərin nə dərəcədə yaxşı soyuması və ya istiləşməsi xarici və daxili havanın temperaturundan asılıdır.
Xarici temperatur artdıqca kondisionerlərin soyutma qabiliyyəti azalır. Xarici temperatur aşağı düşdükdə istilik performansı azalır.
İnsan sağlamlığı üçün hansı ekoloji şərait uyğundur?
Evlərdə və iş yerlərində 23°C və 50% nisbi rütubətin ideal şərait olduğu qəbul edilir. Belə bir ümumiləşdirmə digər məkanlara şamil edilmir.