Komitə sədrindən  sosial yardımla bağlı   AÇIQLAMA
21 sentyabr 2022 16:53 (UTC +04:00)

Komitə sədrindən sosial yardımla bağlı AÇIQLAMA

“Sosial yardım insanları xarab edib”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4839
avatar

Oxşar yazılar