Köçkünlərin imtiyazları və “çörək pulu” bu müddətədək davam edəcək -  RƏSMİ
21 mart 2024 13:05 (UTC +04:00)

Köçkünlərin imtiyazları və “çörək pulu” bu müddətədək davam edəcək - RƏSMİ

İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.

Lent.az-ın xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Eyni zamanda Komitə onlara “çörək pulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:

“Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi şamil edilmir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8760

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59