Karantində bu bölgələrə 8 milyondan çox sərnişin daşınıb -RƏSMİ
18 yanvar 2021 12:39 (UTC +04:00)

Karantində bu bölgələrə 8 milyondan çox sərnişin daşınıb -RƏSMİ

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənovötən ilə aid hesabat açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, belə ki, il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub. Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib.

Ümumilikdə 2020-ci il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb.
Azərbaycanla Rusiya, Gürcüstan, Türkiyə və İran arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiyaya– 13 istiqamət üzrə,  Gürcüstana – 12 istiqamət üzrə, Türkiyəyə– 3 istiqamət üzrə, İrana – 5 istiqamət üzrə və İraqa– 1 istiqamət üzrə gedişlər təşkil olunub. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd “İcazə” blankı mübadilə edilib.

Avtomobil nəqliyyatı ilə daşımaların digər vacib sahəsi isə yükdaşımalarıdır. Pandemiya ilə əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyət tədbirləri zamanı həm daxili, həm də beynəlxalq yükdaşımalarına heç bir məhdudiyyət tətbiq edilməyib. Müvafiq karantin qaydalarına əməl edilməsi şərti ilə yüklərin beynəlxalq və ölkə daxili daşımaları təmin edilib. 

Ümumilikdə beynəlxalq daşımaların həyata keçirilməsi üçün xarici ölkələrlə aşağıdakı sayda  "İcazə" blankları mübadilə edilib:
 - giriş, çıxış və tranzit keçid üçün - 155325 ədəd;
 - 3-cü ölkəyə/ölkədən daşımalar üçün – 16060 ədəd;
 Beynəlxalq nəqliyyat forumunun (BNF)
 - çoxtərəfli "İcazə"ləri (illik) - 1200 ədəd; 
 - çoxtərəfli "İcazə"ləri (aylıq) - 240 ədəd.

# 1101
avatar

Mehman Nəbiyev

Oxşar yazılar