Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulub.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırmağa başlayıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib.
Çadırlar istilik sistemi və digər avadanlıqlarla təmin edilib.