Jurnalistlərin binasında su kəsilib.
Bu barədə Lent.az-a “Jurnalist binaları”nın sakinləri məlumat verib.
Onların sözlərinə görə, bu gün səhər saatlarında heç kimə xəbərdarlıq edilmədən su kəsilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, suyun kəsilməsinin səbəbi binanın nasosxanasında aparılan təmir işləri ilə bağlıdır. İddia olunur ki, su kəsilməzdən əvvəl sakinlərə xəbərdarlıq edilib.
Axşam saat 18:00-dan sonra binaya suyun verilməsi bərpa ediləcək.