İsti hava şəraiti nə vaxt dəyişəcək? - FAKTİKİ HAVA
15 avqust 2023 09:48 (UTC +04:00)

İsti hava şəraiti nə vaxt dəyişəcək? - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən avqustun 14-də ölkə ərazisində  isti hava şəraiti davam edib, havanın maksimal temperaturu  Aran rayonlarında 42  dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında  40 dərəcəyədək yüksəlib. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4.0 dərəcə yüksək olub.  

Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13452
avatar

Oxşar yazılar