İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir? – CAVAB
10 sentyabr 2024 11:09 (UTC +04:00)

İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ivbari tibbi sığortanın zərfinə daxil olan xidmətlərlə bağlıdır.

İcbari sığortada zərfə cərrahi tibbi xidmətlər daxildir?

Lent.az xəbər verir ki, Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

İlkin tibbi-sanitariya yardımı
Təcili və təxirəsalınmaz tibbi xidmət
İxtisaslaşdırılmış ambulator tibbi xidmət
Fizioterapiya xidməti
Laboratoriya xidməti
İnvaziv radioloji xidmətlər (angioqrafiya)
Cərrahi tibbi xidmətlər
Stasionar terapevtik tibbi xidmətlər

Bundan başqa, 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi barədə arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Arzu Qurbanlı

Oxşar yazılar