Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu icbari tibbi sığorta ilə bağlıdır.
Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər. Xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir.
Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir.
İcbari sığorta ilə hansı dərman vasitələrini ala bilərik?
Lent.az həmin dərman vasitələrini təqdim edir:
Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf
Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf
Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf