Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı:  QMİ-dən XƏBƏRDARLIQ
16 aprel 2024 14:25 (UTC +04:00)

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb:

“Elektron viza bir illik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxlərin əlaltıları bu il bu vizalarla vətəndaşları aldadıblar.

Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.

Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4265

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07